AZ   |   RU
Gənc qız şəhidə həsr olunmuş filmin təqdimatında Ərdoğanı təəccübləndirdi - VİDEO
 
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Trabzon şəhərində gənclərlə görüşüb. Ərdoğan görüşdən sonra terrorçular tərəfindən şəhid edilən Eren Bülbülün xatirəsinə həsr olunmuş filmi izləyib.

Missiya.Az
xəbər verir ki, film nümayişindən sonra gənclərin suallarını cavablandıran Ərdoğan maraqlı anlar yaşayıb.

Filmi və aktyorların ifasını bəyəndiyini deyən Ərdoğanın yanında oturan qızla film haqqındakı dialoqu diqqət çəkib. Gənc qız "Heyamo" mahnısını ifa edənin Ceren Ece Öksüz olduğunu deyəndə Ərdoğan çox təəccüblənib. Ərdoğan bildirib ki, musiqini çox bəyənib və Ceren Ece Öksüzü mükafatlandıracaq.


Ərdoğanla qızın dialoqu bitdikdən sonra gənclər Ceren Ece Öksüzün canlı ifasını dinləyiblər. Onun ifası zalda olanlara təsirli anlar yaşadıb.

Sevinc Hüseynova
Missiya.Az


  • 2-02-2022, 18:38