AZ   |   RU
Mançini ilə yeni müqavilə


İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Robert Mançini ilə bağlı qərarını verib.

Missiya.Az "La Repubblica"ya istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə 2022-ci ildə başa çatacaq müqavilənin müddəti 2024-cü ilə qədər uzadılacaq. Eyni zamanda, onunda maaşı illik iki milyon avrodan üç milyon avroya yüksələcək.

Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

  • 22-03-2021, 11:50