AZ   |   RU
Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyasının rəhbəri Yerlan Koşanovu vəzifəsindən azad edib.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun yerinə Murat Nurtleunu təyin olunub.

Daha əvvəl Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) spikeri Nurlan Niqmatulinin səlahiyyətlərindən imtina etməsindən sonra boş qalan mandatın Y.Koşanova verildiyi bildirilmişdi.

  • 1-02-2022, 09:58