AZ   |   RU
Azərbaycan komandası Avropa turnirinə vəsiqə qazandı – mükafat fondu 200 000 dollar

Ötən həftəsonu Azərbaycan kiberidman komandası son seçmə mərhələsində beşinci yeri tutaraq tarixdə ilk dəfə “PUBG Mobile” peşəkar liqasında iştirak etmək hüququ qazanıb.

Sözügedən liqada regionun ən yaxşı komandaları iştirak edəcək və 200 min dollardan çox mükafat fondu uğrunda mübarizə aparılacaq.
Xatırladaq ki, komandanın heyətində dörd azərbaycanlı çıxış edir:

Kamran “GHOST” Zalov;

Hüseyn “GG” Qarayev;

Süleyman “SHERIFF” İsmayılov;

Elmar “SLOWMO” Əlixanov.


Onlar “GMT Esports” kiberidman təşkilatının üzvüdürlər və ölkəni böyük kiberidman turnirlərində təmsil edərək, yaxşı nəticələr göstərmək üçün hər gün məşq edirlər.

“GMT Esports”u “Instagram”da izləyin: gmt.gg


  • 1-02-2022, 09:37