Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında "gencesehidleri.az" saytının təqdimatı olub.Missiya.Az xəbər verir ki, təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət vəkili Naqif Həmzəyev, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Sayt Gəncənin I Qarabağ Müharibəsi, Vətən Müharibəsi, mülki və digər şəhidləri barədə məlumatları vahid platformada toplayır. Burada ümumilikdə 600-ə yaxın şəhid barədə məlumat yerləşdirilib.
Qeyd edək ki, Gəncə şəhəri I Qarabağ Müharibəsində 90 nəfəri itkin olmaqla 467, 44 günlük Vətən müharibəsi dövründə isə 86-sı hərbi, 26-sı mülki olmaqla, 112 şəhid verib.
