Azərbaycanda avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.Missiya.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvar ayının 31-də gecə və səhər Bakı-Şamaxı-Yexlax, Bakı-Ələt-Astara, Yevlax-Zaqatala, Ağsu-Kürdəmir-Bəhramtəpə, Hacıqabul-Şirvan, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Salyan-Neftçala, Xaldan-Mingəçevir, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Ağdam-Füzuli-Horadiz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.