"Böyük Britaniyada təhsil alan azərbaycanlı məzunlara dəstək verəcəyik".
Missiya.Az xəbər verir ki, bunu "British Council"in Azərbaycandakı direktoru Frensis Qardener-Trexo jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məzunlar Azərbaycana qayıtdıqdan sonra bütün sahələrdə ciddi nəticələr əldə ediblər.
“Böyük Britaniyada universitet bitirmiş məzunlar arasında həqiqətən güclü əlaqə var. Onlar təhsillərini başa vurduqdan sonra da fəaliyyətlərini davam etdirir, bizimlə ilə əlaqə saxlayırlar. Bu, təhsil təcrübəsinin keyfiyyətinin əyani sübutudur".
Trexo qeyd edib ki, 2022-ci ildə əsas məqsəd Böyük Britaniya və Azərbaycanın ali təhsil sektoru arasında əlaqələr yaratmaqdır:
"Azərbaycan məktəbləri ilə işləmək məsələsində də eyni məqsədimiz var. Bir neçə ildir ki, biz burada layihələr üzərində işləyirik. Biz gəncləri Böyük Britaniyada təhsil imkanlarından yararlanmağa təşviq edəcəyik. Böyük Britaniya ali təhsil üçün açıq mühitdir və hər il bir milyondan çox əcnəbi tələbə universitetlərdə təhsil alır”.