AZ   |   RU
Füzulidə traktor minaya düşüb

Füzuli rayonunda traktor minaya düşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.


  • 28-01-2022, 18:27