AZ   |   RU
Azərbaycanın QHT Agentliyi və Türkiyə DİN arasında memorandum imzalanıb

Yanvarın 28-də Ankarada Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi (DİN) arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Missiya.Az
xəbər verir ki, Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə DİN tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb.

Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək verərək Azərbaycanla Türkiyə arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.
 

  • 28-01-2022, 17:45