Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyevi və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıq və digər təhlükəli cinayət növləri il mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini polis general-mayoru Əkbər Yusifovla görüşüb.
Missiya.Az xəbər verir ki, yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış generallara gəlcək fəaliyyətlərində uğurlar arzulayıb.
V.Eyvazov görüşdə hər iki şəxsə zəngin təcrübələrini gənclərlə bölüşəcəklərinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin işgüzar nüfuzunun qorunub-saxlanılmasına yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.