AZ   |   RU
Qərb Rusiyanı beynəlxalq ödəniş sistemindən çıxarsa, Avropa qazsız qalacaq - Moskvadan təhdidlərə cavab
 
“Avropa ölkələri Rusiya Federasiyasını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırsalar, Rusiyadan neft, qaz və faydalı qazıntılar ala bilməyəcəklər”. 

Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədr müavini Nikolay Juravlev danışıb. 

Zuravlev Avropa ölkələrinə təhdidlər ünvanlayıb. 

“Biz xarici valyuta almayacağımız halda, Avropa ölkələridə neft və qaz ala bilməyəcək”. Juravlev SWIFT-in rahat və sürətli olmasına baxmayaraq pul köçürməyin yeganə yolu olmadığınıda qeyd edib. 

Kreml rəsmisinin sözlərinə görə, Rusiyanı SWIFT sistemindən çıxarmaq üçün Böyük Britaniya və ABŞ-ın birgə qərarı bəs etmir, bunun üçün bütün dövlətlər vahid qərar qəbul etməlidir. 

Rusiyanın bu təhdidləri fonunda Böyük Britaniyanın baş naziri Boris Conson Britaniya və ABŞ-ın Rusiya qoşunlarının Ukraynaya müdaxilə edərsə Moskvanın SWIFT sistemindən çıxarılmasını müzakirə edəcəyini bildirib.  

Conson Qərbin Rusiyanın təcavüzünün qarşısını almaq üçün birləşməyin vacibliyini vurğulayıb. 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında yaranan gərginliklə bağlı olaraq, Moskva Avropaya təbii qaz verməsə, Qətər ABŞ-ın köməyi ilə köhnə qitəyə mavi yanacaq ixrac edə bilər. Məsələnin gələn həftə Vaşinqtonda Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə prezident Co Bayden arasında müzakirə ediləcəyi bildirilib. 

Xatırladaq ki, Rusiya Avropa dövlətlərinin 50 faizdən çoxunu qazla təmin edir.

Sevinc Hüseynova
Missiya.Az


  • 27-01-2022, 17:17