AZ   |   RU
Daha 5 siyasi partiya ofislə təmin oldu

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

Missiya.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasıın nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

  • 19-03-2021, 19:35