NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək.
Missiya.Az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq deyib.
“NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək”, - baş katib əlavə edib.
Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla yanaşı qeyd edib ki, dialoq ziddiyətlərin nizamlanması üçün zəruridir. “NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”, - Stoltenberq vurğulayıb.