AZ   |   RU
Rusiya hərbi bazası Gümrüdən çıxarılır? - İrəvanda anti-Rusiya meyilləri güclənir

Son günlər Ermənistan mətbuatında Rusiyanın ölkənin Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasından çıxarılacağı ilə xəbərlər yayılır. Rusiya bazası ilə bağlı yayılan xəbərlər Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb olub. Bəzi siyasi analitiklər Ermənistanın Rusiyanın təsirindən çıxmağa çalışdığını qeyd edirlər.

Ermənistan parlementinin deputatı Artur Hovhannisyan Rusiya bazasının Ermənistanda çıxarılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Deputat bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı informasiya yalandır. “Bu cür söz söhbətlər uydurmadır. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazadan çıxarılmasına ehtiyyac yoxdur”. Parlamentin digər deputatı Vaaqn Hovakimyan isə bildirib ki, Rusiya hərbi bazası ilə müqavilə 2049-cu ilə qədər qüvvədədir və ona görə də belə xəbərlər cəfəngiyyatdır. Qeyd edək ki, Ermənistan hakimiyyəti əsasən anti-Rusiya siyasəti həyata keçirir. Bu səbəbdən qərbyönümlü Paşinyan hakimiyyəti də Rusiyanın ölkədəki hərbi bazasının tərk etməsinin lehinədir. Ümumilikdə Nikol Paşinyan Rusiyanın Ermənistandakı siyasi, iqtisadi və hərbi mövcudluğuna qarşıdır. Paşinyan hələ hakimiyyətə gəlməmişdən öncə Rusiyanı "işğalçı" adlandırmış, "Ermənistan Rusiyanın əyaləti deyil!”, "Rusiya, Ermənistandan əlini çək!” kimi şüarlar səsləndirirdi.

Bundan başqa, Ermənistan əhalisinin əksər hissəsi İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətə görə Rusiyanı günahkar görürlər. Onlar düşünürdülər ki, bu müharibədə havadarları Rusiya onların tərəfində dayanacaq və Qarabağı işğal altında saxlamağa davam edəcəklər. Amma əksinə oldu. Bu səbəbdən Ermənistan əhalisi arasında da Rusiyaya qarşı nifrət yaranmağa başladı. Ancaq Paşinyan xalqdan fərqli olaraq Rusiyaya qarşı nifrətini açıq şəkildə bəyan edə bilmir. Çünki Paşinyan anlayır ki, açıq şəkildə Rusiyaya qarşı çıxsa, hakimiyyətin itirə bilər.

Daşqın Həsənov
Missiya.Az

  • 26-01-2022, 17:34