AZ   |   RU
Azərbaycana gətirilən vaksinlərin miqdarı açıqlanıb

"Bu gün vaksinlər Azərbaycana gətirilir. İndiyədək 1,5 milyona yaxın vaksin gətirilib".

Missiya.Az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"AstraZeneca" peyvəndi hələ Azərbaycana gətirilməyib. Biz ölkəyə gətirildikdə belə ÜST-ün və digər beynəlxalq qurumların qərarına uyğun olaraq istifadə edəcəyik", - o bildirib.


  • 19-03-2021, 16:38