“Missiya Media Qrupu Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatı ilə birgə rayon ərazisində şəhid ailələrinə, qazilərə və aztəminatı ailələrə dəstək məqsədi ilə bir çox layihələr həyata keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar Nizami rayonunda yaşayan aztəminatlı ailələrə hərtərəfli dəstək göstərilib. Bundan başqa, Vətən Müharibəsi zamanın döyüşlərdə iştirak edən rayon sakinlərinin evləri ziyarət olunub. Müharibədən sonra rayon ərazisində Birinci və İkinci Qarabağ Müharibəsi şəhid olan vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onların yaşadıqları binaların qarşısında xatirə güşələri inşa edilib, şəhid ailələrinin və qazilərin sosial-məişət qayğılarının həlli istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Həmçinin Missiya Media Qrupu xüsusi günlərdə şəhid ailələrini və qazilərin evlərini ziyarət edir və onlara müvafiq dəstək göstərir. Bundan başqa, yaxın günlərdə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının və Missiya Media Qrupunun birgə dəstəyi ilə ərsəyə gətiriləcək Birinci və İkinci Qarabağ Müharibəsinin şəhidlərinin xatirə abidəsinin təməlqoyma mərasimi keçiriləcək. Xatirə güşələri şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılır”.
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov rəhbəri olduğu media orqanının dövlətə dəstək məqsədi ilə şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə bağlı həyata keçirdiyi layihələrdən danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, təmsil etdiyi Media Qrupu görülən bütün işləri bilavasitə Prezident İlham Əliyevin çağırışlarına əsaslanır.
“Prezident İlham Əliyev çıxışlarında bəyan edib ki, hər bir vətəndaş şəhid ailələrinə və qazilərə qarşı duyarlı olmalıdır və onlardan dəstəyini əsirgəməməlidir. Əlbəttə ki, şəhid ailələri ən böyük diqqət və qayğını dövlətdən görürlər. Təbii ki, onlar ən doğma münasibəti Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevadan görürlər. Biz də Prezident İlham Əliyevin çağırışlarına əsaslanaraq müvafiq kateqoriyadan olan ailələrə az da olsa dəstək göstərməyə, ölkə rəhbərliyinin gördüyü işlərə töhvə verməyə çalışırıq”.Dövlətin müvafiq kateqoriyadan olan ailələrə dəstəyindən danışan Ramin Əhmədov bildirib ki, ölkə başçısının tapşırığı ilə Azərbaycanda şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə dəstək məqsədi ilə daim dövlət proqramları həyata keçirilir:
“Dövlət qazilərin və şəhid ailələrinin üzvlərinin avtomobillərlə, mənzillərlə təmin olunması üçün böyük işlər görür. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun, YAŞAD Fondunun dəstəyi ilə qazilər xaricdə müalicə olunur, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülür. Missiya Media Qrupu bundan sonra da dövlətin gördüyü sosial siyasətə dəstək məqsədi ilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatı ilə birgə layihələri davam etdirəcək”.