AZ   |   RU
"Omicron"un ev şəraitində necə müalicə etmək olar? - Rusiyanı mütəxəssis dərmanların adlarını açıqladı

"Əksər hallarda "Omicron" ştammının simptomlarından biri adi soyuqdəymədə olur. Simptomların ilk günlərində xəstəxanaya getməyə və heç bir xüsusi müalicə prosesi həyata keçirməyə ehtiyac yoxdur. Həkimə getmədən müalicə olunmaq olar. Xəstə əgər ikinci və ya üçüncü gündə özünümüalicə ilə yaxşılaşma olmazsa, yeni simptomlar yaranarsa, həkimə müraciət etməlidir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Moskva Səhiyyə Departamentinin baş klinik farmakoloqu Marina Juravlyova Lenta.ru-ya açıqlamasında deyib.

Mütəxəssis xatırladıb ki, SARS-ın ən çox görülən simptomları qızdırma, burun axması və boğaz ağrısıdır.

"Boğaz ağrısını bol maye və vitamin qəbulu ilə aradan qaldırmaq olar. 38-38,5 dərəcədən yuxarı temperatur olarsa, parasetamol tərkibli dərmanlardan istifadəni tövsüyə edir. Simptomatik müalicədə tərkibində riamilovir və umifenovir kimi aktiv maddələr olan virus əleyhinə preparatlar əlavə oluna bilər. İnterferon-alfa damcıları və spreyləri də təsirli olur". 


Juravlyova vurğulayıb ki, virus infeksiyası zamanı antibiotiklərdən istifadə etmək olmaz.

Həmçinin Gamaleya Mərkəzinin rəhbəri Aleksandr Gintsburq da “Omicron” ştamından 100% necə qorunmaq haqqında danışıb. Alim qeyd edib ki, “Sputnik V” peyvəndi və yə gücləndirici dərmanlar atanlar, demək olar ki, “Omicron”dan tam qorunurlar. 


Sevinc Hüseynova
Missiya.Az


  • 21-01-2022, 17:54