AZ   |   RU
XİN: "Bu gün Gürcüstan və Azərbaycan regionda çətin çağırışlarla üz-üzə qalıb"
"Bu gün Gürcüstan və Azərbaycan regionda çətin çağırışlarla üz-üzədir. Biz əməkdaşlıq sayəsində bölgədə sabitliyə nail olacağıq".

Missiya.Az
xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Tbilisidə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbirində deyib.

Onun sözlərinə görə, bölgədə yaranmış mürəkkəb vəziyyətdə Gürcüstan-Azərbaycan əməkdaşlığı çox böyük önəm daşıyır: "Gürcüstan Azərbaycanla ənənəvi yaxşı münasibətlər və strateji tərəfdaşlığa dəyər verir. Əminəm ki, ölkələrimiz arasında strateji münasibətlər yeni mərhələyə keçəcək, daha möhkəm və miqyaslı olacaq".

Nazi müavini qeyd edib ki, Gürcüstan və Azərbaycan lideləri arasında dayanıqlı münasibətlər mühüm əhəmiyyət kəsb edir və dostluq münasibətlərinin zəmanətidir: "Azərbaycana sülh və sabitlik arzu edirəm".

Laşa Darsalia anım mərasimində 1989-cu ilin aprelin 9-da Tbilisidə baş vermiş qanlı hadisələrin qurbanlarının da xatırlandığına görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

  • 20-01-2022, 17:25