AZ   |   RU
KTMT kontingentinin Qazaxıstandan çıxarılacağı tarix açıqlandı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə günü Nur-Sultanda KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə təşkilatın sülhməramlı əməliyyatının başa çatdığını elan edib və onun həyata keçirilməsinə görə təşəkkür edib.
Missiya Az
xəbər verir ki, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov çərşənbə günü TASS-a bildirib ki, təşkilatın hərbi kontingentinin Qazaxıstandan çıxarılması yanvarın 13-də başlayacaq və 10 gün ərzində başa çatacaq.
“Yanvarın 12-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Nur-Sultanda KTMT-nin baş katibi Stanislav Zası qəbul edib. Qazaxıstan dövlətinin başçısı sülhməramlı əməliyyata və terror hücumu şəraitində köməyə görə müttəfiqlərə təşəkkür edib. Qazaxıstan prezidenti KTMT-nin sülhməramlı əməliyyatının başa çatdığını elan edib”, - deyə o bildirib.


  • 12-01-2022, 19:28