AZ   |   RU
İlham Əliyev: “İqtisadi artım beş faizdən çoxdur”

Bu yaxınlarda artıq ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Çox gözəl göstəricidir. Xüsusilə, müharibədən çıxmış ölkə üçün”.
Missiya.Az
xəbər verir ki, Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”, - dövlət başçısı vurğulayıb.

  • 12-01-2022, 19:18