Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşına silahlı hücum edilib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.
Hadisə İstanbulun Əsənyurd bölgəsində baş verib. Belə ki, həmyerlimiz yolun kənarı ilə yeriyərkən nömrəsinin üzəri “Xoşbəxtik” yazısı ilə bağlanan avtomobil ona yaxınlaşıb və sürücü anidən atəş açıb.
Hücum edilən şəxs ayağından yaralanıb. Silahlı şəxs hadisə yerindən uzaqlaşıb və bir neçə dəqiqə sonra geri dönərək yaralıya atəş açmaq istəyib. Amma silahlı şəxsin tapançasında problem yarandığı üçün ikinci atəşi aça bilməyib. Yaralı isə fürsətdən istifadə edərək hadisə yerindən uzaqlaşıb. Daha sonra silahlı şəxs də hadisə yerindən qaçıb.
Əraziyə polis və təcili tibii yardım xidmətinin əməkdaşları gəlib. Polis ərazidəki təhlükəsizlik kameralarını nəzərdən keçirib və hadisənin təfərrüatını öyrənib. Hadisə anı yaxınlıqdakı binalardan birinin təhlükəsizlik kamerasına düşüb.
Polis cinayəti törədən şəxsin axtarışlarına başlayıb.

Elvin
Missiya.Az