AZ   |   RU
“Terrorçu Sarksyanın fikirləri ermənilərin özləri üçün təhlükəlidir” - Ramin Əhmədov

“Ermənistanın keçmiş prezidenti Serj Sarksyan yerli mediayaya verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə erməni cəmiyyətini səhv istiqamətə yönəltməyə çalışır. O, belə bir fikir formalaşdırmağa çalışır ki, “Qarabağ klanı” hakimiyyətdə olsaydı, Ermənistan müharibədə uduzmayacaqdı. Əsla belə deyil. Ermənistanda hakimiyyətdə kimin olmasından aslı olmayaraq, Azərbaycan Qarabağ müharibəsində qalib gələcəkdi. Digər tərəfdən, məğlub Ermənistan ordusunu quran Köçəryan-Sarksyan cütlüyüdür. Azərbaycan əsgəri onların qurduğu ordunu darmadağın etdi. Dəmir yumruq Ermənistanın bir dövlət kimi bütün dayaqlarını sarsıtdı. İndi Sarksyanın Azərbaycana qarşı hədələr səsləndirməsi, müharibə ritorikası ilə  danışması, “biz hakimiyyətdə olsaydıq” tipli bəyanatları, heç nəyi dəyişməyəcək. Artıq dünya qalibi və məğlubu çox yaxşı tanıyır”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının  sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Ermənistandakı daxili vəziyyət və Serj Sarksyanın son müsahibəsilə bağlı danışarkən deyib.

YAP rəsmisi bildirib ki, Sarksyan müsahibədə səsləndirdiyi fikirlərlə Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha bəyan edib:

“Sarksyan açıq şəkildə etiraf edib ki, Azərbaycanın şəhərləri Ermənistan rəhbərliyinin əmri ilə vurulub. Hətta deyir ki, “İskəndər” raketlərindən az istifadə olunub. Terror dövlətinə rəhbərlik etmiş bu yaramaz siyasətçinin səsləndirdiyi fikirlər ilk növbədə ermənilərin özləri üçün təhlükəlidir. Çünki müharibə ritorikası, revanşist fikirlər Ermənistanın tamamilə məhvinə gətirib çıxara bilər. Nə ordular; var, nə də silah almağa pulları. Ölkə sosial problemlər məngənəsində çabalayır. Belə bir vəziyyətdə ölkədəki revanşist qüvvələr hansı əsasla sərsəm bəyanatlar səsləndirirlər? Ermənistanın müxalif qüvvələri düzgün analiz aparsalar görərlər ki, artıq regionda müharibə ritorikasına yer yoxdur və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq onların özləri üçün faydalıdır. Görünən odur ki, Ermənistandakı bəzi qüvvələr 44 günlük müharibədən nəticə çıxarmayıblar”.

Ramin Əhmədov Ermənistan əhalisində ciddi ruh düşgünlüyünün olduğunu və xalqın gələcəyə heç bir ümidinin olmadığını da deyib:


“44 günlük müharibə nəticəsində Ermənistan ordusunun uğradığı ağır məğlubiyyət xalqın da psixoloji durumuna təsirsiz ötüşməyib. Sadə ermənilər 30 ilə yaxın “məğlubedilməz  ordumuz var” nağılları ilə aldadıldıqlarını anlayıblar. Həmçinin müharibədən sonra hakimiyyət daxilində və müxalif qüvvələr arasında başlayan siyasi çəkişmələr xalqın gələcəklə bağlı ümidlərini heçə endirib. Artıq Ermənistanın bəzi sərhəd vilayətlərində əhali kəndləri tərk edir. Ermənistanda yaşanan hadisələr 44 günlük müharibənin nəticəsidir. Ona görə də ölkədəki revanşist qruplar Ermənistanı məhvə aparan fikirlər səsləndirməkdən çəkinməlidirlər”.

Missiya.Az

  • 19-02-2021, 16:33