AZ   |   RU   |   Köhnə versiya

İki qazimizə icra hakimiyyətində vəzifə verildi - FOTO



Gəncə Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatları olub.

Missiya.Az xəbər verir ki, bu barədə şəhər icra başçısı müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, çavuş Ayxan Cavanşir oğlu Babayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, baş leytenant Fərman Mərfət oğlu Rüstəmov isə həmin şöbəyə böyük məsləhətçi təyin edilib.

Qeyd edək ki, çavuş Ayxan Babayev manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Baş leytenant Fərman Rüstəmov tağım komandiri kimi Füzuli rayonu və Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.





Baxış sayı: 153
  • 19-02-2021, 15:42