Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Almatıda “terrorçu dəstələr” hava limanını və beş təyyarəni, o cümlədən xarici təyyarələri qaçırıblar.Missiya.Az TASS-a istinadən xəbər verir ki, Tokayev keçirdiyi iclas zamanı deyib:
“Terrorçu dəstələr iri infrastruktur obyektlərini ələ keçirib, xüsusən də Almatıda hava limanı, beş təyyarə, o cümlədən xarici təyyarələr qaçırılıb”.
Tokayev bildirib ki, Qazaxıstanda iğtişaşlara səbəb olan “terrorçu dəstələr” xaricdə ciddi təlim keçiblər.
“Hazırda Almatı yaxınlığında terrorçu dəstələrlə hava-desant bölmələri arasında döyüş gedir”, - Tokayev əlavə edib.