AZ   |   RU
Etirazçılar Almatı hava limanını ələ keçirib

Qazaxıstanın Almatı şəhər hava limanı etirazçılar tərəfindən ələ keçriilib.

Missiya.Az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb. “Etirazçılar sərnişinləri terminaldan qovdular. Dedilər ki, onlara toxunmayacaqlar”, - deyə hava limanı əməkdaşı sayta açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, hava limanı mərkəzi girişdən “sakit və dinc şəkildə” ələ keçirilib, işçilər buraxılıb, başqa növbəyə icazə verilib.

  • 5-01-2022, 22:13