AZ   |   RU
Qaqauziyanın rəhbəri Mədəniyyət-Təhsil Mərkəzinin Heydər Əliyev adına adlandırılması təşəbbüsü ilə çıxış edib


Qaqauziya muxtariyyətinin başqanı İrina xanım Vlah Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qudsi Dursun oğlu Osmanov ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, Başkan, Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilən Mədəniyyət-Təhsil Mərkəzindəki işin icra mərhələsi və istifadəyə verilmə şərtləri barədə səfirə məlumat verib.

Müəssisənin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır. Qaqauziyanın rəhbəri Mədəniyyət-Təhsil Mərkəzinib Heydər Əliyev adına adlandırılması təşəbbüsü ilə çıxış edib. 

Həmçinin görüş zamanı başqan və cənab Qüdsi Osmanov, Muxtariyyət rəhbərlərinin Azərbaycana gözlənilən səfərini və Qəbələ rayonu ilə əməkdaşlıq müqaviləsinin imzalanması planlarını da  müzakirə ediblər.

  • 17-03-2021, 20:42