AZ   |   RU
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb


Kənd təsərrüfatı naziri İnam Kərimov ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Missiya.Az
xəbər verir ki, Bu barədə Kənt Təssərüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələri üzrə sıx və səmərəli əməkdaşlıq edir. Kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri inkişaf edir və bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə səy göstərilir. Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli isə öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. O, ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu ifadə edib. 

  • 17-03-2021, 20:19