Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.Mİssiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər
vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 242 491nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7 546 nəfərdir.
Ölkədə son sutka ərzində 10 023, hazırkı dövrədək isə 2 736 493 test aparılıb.