AZ   |   RU
Aİ Ukraynanın suverenliyi ilə bağlı bəyanat təsdiqləyib


Ukraynanın suverenliyi ilə bağlı bəyanat Macarıstanıın Baş naziri Viktor Orban istisna olmaqla, bütün Avropa İttifaqı liderləri tərəfindən təsdiqlənib.


Missiya.Az "Guardian"a istinadən xəbər verir ki, Avropa ölkələrinin sənədində Aİ liderləri Kiyevin Avropaya inteqrasiya siyasətini dəstəkləyiblər.


Avropa dövlət və hökumət başçılarından biri istisna olmaqla, hamısı ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada keçiriləcək danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar masası arxasında oturmasını təmin etmək istəyirlər.



İlahə Qənbərli
Missiya.Az




  • Dünən, 13:01