AZ   |   RU
Slovakiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək


Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok martın 17-də Azərbaycana işgüzar səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.

  • 16-03-2021, 15:59