AZ   |   RU   |   Köhnə versiya

Qaradağdakı şəhid məzarlarının 10-u artıq köçürülüb - Foto



Xəbər verdiyimiz kimi, Qaradağ rayonu ərazisində dəfn olunan 18 şəhidin məzarlarının II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanına köçürülməsi prosesinə başlanılıb.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda proses davam edir.
Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilir. Məzarlığa yalnız şəhid valideynləri buraxılır.
Bu dəqiqəyədək 10 şəhidin məzarı köçürülüb. Məzarların köçürülməsi bir neçə saata yekunlaşacaq. Təhlükəsizliyə isə əraziyə cəlb olunmuş polis əməkdaşları nəzarət edir.
Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov da hadisə yerindədir.
Qeyd edək ki, Bakının Yasamal rayonundan olan şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlərin müraciəti araşdırılaraq, bu gün günorta saatlarında öz həllini tapıb.


Baxış sayı: 64
  • 31-01-2021, 02:57