b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_15994506_1635387083431955_5365999865462748043_o.jpg
Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub. 
 
Missiya.Az xəbər verir ki, bu barədə musavat.com-a danışan xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu. 
 
Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.
 
Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. 
loading...


25 Mart 2017 Tolik əkizlərdən ayrıldı: "Bəzi şeylər qarşımı alırdı"
24 Mart 2017 Ən gözəl 100 qadın: siyahıda 5 türk aktrisa var - FOTO
24 Mart 2017 Hürrəm sultan şəriət qaydalarını pozdu FOTO
22 Mart 2017 Tanınmış aktyor məşhur serialdan ayrılır - bir əfsanənin sonu
22 Mart 2017 Toy gecəsi şahzadə Çarlzı ağladan səbəb
21 Mart 2017 Sərdar Ortacın başına dövlət quşu qondu
20 Mart 2017 Azərbaycanlı müğənni ana oldu - FOTO
17 Mart 2017 Dünya bu azərbaycanlı müğənnidən danışır - VİDEO
17 Mart 2017 İbo əlillik pensiyası üçün müraciət etdi - alacağı məbləğ...
16 Mart 2017 Vaqif Mustafazadənin ad günüdür
15 Mart 2017 Nazənin bu kanalda aparıcılığa başladı - VİDEO
14 Mart 2017 Elgiz Əkbərin çalışacağı telekanal məlum oldu
13 Mart 2017 Azərbaycanlı müğənni ana oldu FOTO
11 Mart 2017 Azərbaycanın “Eurovision” mahnısı bəlli oldu - VİDEO
09 Mart 2017 Xalq artistinin 100 minlik avtomobili - FOTO
09 Mart 2017 Aygün izləyicilərinə səsləndi: "Məni söyün, təhqir edin" - FOTO
09 Mart 2017 Rəqsanə ərindən bu maşını istədi: "İnşallah “krisa"lıq etməzsən" - FOTO
09 Mart 2017 Tanınmış türk aktyor 10 milyona Hollivuda gedir
07 Mart 2017 Nikol Kidman seriala çılpaq çəkildi - FOTO
06 Mart 2017 Tanınmış türk müğənni polis tərəfindən saxlanıldı