b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_kamran-h.jpg
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aparıcı Kamran Həsənli eksklüziv açıqlamalar verib. 
 
Missiya.Az xəbər verir ki, tanınmış aparıcı mərhum Hüseyn Dərya ilə bağlı maraqlı məlumatlar verib:
"İlk dəfə "Sizin saat" verilişinə çıxan və sonra daha da məşhurlaşan insanlar çoxdur: Tünzalə, Abbas, rəhmətlik Hüseyn Dərya, Ədalət, Eyyub, İradə və s. Mən Bülbül adına məktəbi, konservatoriyanı bitirmişəm deyə, o verilişi mənə həvalə etdilər. Hüseyn Dərya bir dəfə bizim efirə çıxdı, birdən-birə məşhurlaşdı. Hüseyn birinci dəfə bizim verilişə gələndə, biz operatorumuzun krasofkasını çıxarıb ona geyindirdik, çünki o, efir vidində deyildi, kasıb adam idi. O, canlı efirdə 2 rep dedi. Biz efirdən çıxanda mühafizəçi dedi ki, Kamran müəllim, bayırda 500 nəfər yığışıb. Bir verilişdən sonra Hüseyn Dəryanın fanatları yarandı və Azərbaycanda rep inkişaf etdi". 
 
Kamran Həsənli Hüseyn Dəryanın ilk konsertində yaşadığı şoku dilə gətirib:
"Hüseyn Dərya əl oyunları idman sarayında konsert verəcəkdi. Mənə dedi ki, Kamran, mən sənin verilişinə çıxmışam, istəyirəm ki, konserti sən açasan. Mən də dedim ki, toydayam, alınmır, dedi cəmi 10 dəqiqəlik gələrdin. Dedim yaxşı, gələrəm. Fikirləşirdim ki, Hüseyndir də, dünən 2 dənə rep deyib, 500 adam yığışmışdı, 500 də artıq olar yəqin. Əl oyunları sarayı da 5000 adam tutur. Stadiona yaxınlaşanda gördüm ki, polis hər yeri bağlayıb.  İçəri girəndə şoka düşdüm. Uşaqlıqda gördüyüm "Bitlz" konsertlərindəki mənzərənin şahidi oldum. Saç yolan gənc qızlar, oğlanlar yerdə uzanmışdılar. Düşündüm ki, Azərbaycanda da belə şey ola bilərmiş. Sarayda səhnə qurulmamışdı, Hüseynin pulu da yox idi ki, səhnə qursun. Mən "Hüseyn Dəryaaa..." deyəndə, stadionda, ömrümdə eşitmədiyim yüksək səs desibeli yarandı. Sonra rep daha da ictimailəşdi, ardınca meyxana gəldi".
 
Teleməkanın sevilən siması bəzi həmkarlarını tənqid edib:
 
"Veriliş aparmaq xətrinə aparıcılıq etmək olmaz. Əvvəlcə o verilişin konsepsiyasını beynində hazırlamalısan, nə demək istədiyini dəqiqləşdirməlisən, sonra efirə çıxmalısan. Evdə, küçədə danışılan məsələni efirdə müzakirə etməlisən".

loading...
17 Yanvar 2017 "Recep İvedik 5"ə rəsmi münasibət: "Filmdəki o səhnə..."
17 Yanvar 2017 Məşhur rejissor: “Aygün Kazımova ilə bacı-qardaşıq” - VİDEO
14 Yanvar 2017 "Kurtlar Vadisi Pusu" barədə məlumat - təəssüf ki... VIDEO
12 Yanvar 2017 Sami Yusif Bakıya gəlir
11 Yanvar 2017 Kameron Diaz qulağını çəkir - məşhurların mövhumatları
11 Yanvar 2017 Flora Kərimovadan Zeynəb Xanlarovaya ittiham: “Mən onun üçün Nisə Qasımova deyiləm” - QALMAQAL
09 Yanvar 2017 Məşhur aktrisa: vəziyyətim yaxşıya doğru getmir
09 Yanvar 2017 Gənc müğənni : “Açıq-saçıq olduğunu düşünmürəm” - VİDEO
09 Yanvar 2017 Məşhur müğənnidən şok paylaşım - keçmiş ərin evində...
07 Yanvar 2017 Murad Boz evlənmə təklif etdi və hə cavabı aldı
05 Yanvar 2017 Məşhur türk müğənnisi canlı yayımda ölümdən döndü - VİDEO
05 Yanvar 2017 "Kurtlar Vadisi Pusu"dan xəbər var - gözləyirik
04 Yanvar 2017 Azərbaycanlı teleaparıcı:"Nə sevgilim, nə maşın alanım var"
03 Yanvar 2017 Hollivud ulduzu Türkiyə üçün dua istədi
02 Yanvar 2017 Məşhur müğənni deputat kimi vədlər verdi
30 Dekabr 2016 İnternetdə seriala baxanlara bəd xəbər
28 Dekabr 2016 Manana: “Mənim nənəm azərbaycanlıdır” - VİDEO
28 Dekabr 2016 Məşhur aktrisa dünyasını dəyişdi
27 Dekabr 2016 Gənc qadın 100 funt üçün aktyorun ayağını öpdü - FOTO VİDEO
25 Dekabr 2016 Ebru Gündeşdən geri addım: Zərrabdan boşanmır