Ardını oxu...
Televizorda vaxt tapmayaraq baxa bilmədikləri serialları və filmləri internetten izləyənlər üçün bəd xəbər yayılıb.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialların nümayiş edildiyi populyar saytların fəaliyyəti dayandırılıb.

Bildirilir ki, "Dizibox", "Dizipub", "Dizimag" və "Dizilab" adlı saytların fəaliyyəti məhkəmə qərarıyla dayandırılıb. Həmin saytlardan istifadə etmək istəyənlər, "Daxil olmağa çalışdığınız internet saytının fəaliyyəti məhkəmə/prokurorluq qərarı ilə dayandırılıb." - yazısı ilə qarşılaşırlar.

Saytların fəaliyyətinin hansı səbəbdən dayandırılması barədə rəsmi məlumat verilməyib.  

loading...