b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_3.jpg

2017-ci ilin 25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.

Missiya.Az xəbər verir ki, seminarda aşağıda göstərilən məsələlər müzakirə olunacaq:

- Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi;

- Zərgərlik nümunələrinin bərpa və konservasiyası;

- Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı;

- Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması;

- Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi;

-İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər.

Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, “Rəsm” milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.

Seminar ərzində 25-27 yanvar, saat 17:30-da Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası planlaşdırılır.

Daha ətraflı məlumat: http://www.icom.azeurotel.com/

icom.azerbaijan.secretariat@gmail.com 

Əlaqə nömrə:(+99412) 497 20 16

 

loading...
22 Yanvar 2017 Obama artıq bu qəsrdə yaşayacaq
21 Yanvar 2017 Cəbhədə hər iki ayağını itirən qazinin toyu oldu FOTO
21 Yanvar 2017 Məşhur azərbaycanlı döyüşçü vəfat etdi - FOTO
21 Yanvar 2017 Azərbaycanda 2016-cı ildə ən çox verilən adlar - SİYAHI
21 Yanvar 2017 Azərbaycanda pensiyalar artırıldı - RƏSMİ
20 Yanvar 2017 Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq
19 Yanvar 2017 Azərbaycanlı hakimin ailəsində ağır itki
18 Yanvar 2017 Sabah bu ərazilərdə qaz olmayacaq
18 Yanvar 2017 Taksi sürücülərinə xəbərdarlıq edildi
18 Yanvar 2017 Metrodan istifadə edənlərin nəzərinə
18 Yanvar 2017 Lütfi Zadənin xanımı vəfat etdi
17 Yanvar 2017 Universitetlərin də vergi borcu silindi
17 Yanvar 2017 SOCAR-dan qazın bahalaşması ilə bağlı açıqlama
17 Yanvar 2017 "Şamaxinka"da nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
16 Yanvar 2017 Məktəblərdə 5 gün dərs olmayacaq
16 Yanvar 2017 Beynəlxalq Bankdakı son təyinatlar qanunsuzdur? - ARAŞDIRMA
16 Yanvar 2017 Yanvarın 20-də bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
16 Yanvar 2017 Tanınmış şair vəfat etdi - FOTO
14 Yanvar 2017 Azərbaycanda zəlzələ oldu
14 Yanvar 2017 Sərxoş sürücü, maşını polisin üstünə sürdü - Reyddə gərginlik - VİDEO