b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_muellim.jpg

Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

Missiya.Az xəbər verir ki,Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur.

Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%-ni əhatə edəcək. Qalan müəllimlərin isə 2017-ci ildə diaqnostik qiymətləndirilməsinin keçirilməsi və 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur. Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.

loading...


28 Mart 2017 Azərbaycanda tibbi xidmətlər bahalaşıb
26 Mart 2017 Belçikada Qarabağ atına abidə qoyuldu FOTO
26 Mart 2017 Bu şəxslərin maaşları ARTDI
26 Mart 2017 Bakıda işıqlar 1 saat söndürüldü
25 Mart 2017 Sabah Bakıda duman, çiskin olacaq
24 Mart 2017 Sabiq rusiyalı deputatın qətlinin VİDEOsu
24 Mart 2017 Şəhid ailələri və Qarabağ əlillərinə tikilən binada işlər yekunlaşır
24 Mart 2017 6 Ermənistan hərbçisi yaralandı
23 Mart 2017 Məktəb direktorları iş yerini necə dəyişə bilər? - QAYDA
23 Mart 2017 Rafael Ağayev ata oldu
20 Mart 2017 “Niva”nın yaradıcısı öldü - FOTO
19 Mart 2017 Qarabağ bölgəsində Novruz şənlikləri keçirilir
17 Mart 2017 Qiyaməti xatırladan sel fəlakəti - ŞOK GÖRÜNTÜLƏR
17 Mart 2017 Deputatın qardaşı oğlu azadlığa çıxdı
16 Mart 2017 Azərbaycan Xalça Muzeyi yubiley ərəfəsində - 50 il
16 Mart 2017 Hacıqabul sakinindən Ramil Usubova müraciət
16 Mart 2017 Tələbələrin təqaüdlərinin gecikmə səbəbi - RƏSMİ
16 Mart 2017 Mövlud Mövlud necə intihar edib? - TƏFƏRRÜAT
15 Mart 2017 Aydın Dadaşov dünyasını dəyişib
14 Mart 2017 Türkmənistandan Azərbaycana toz dumanı gələcək - XƏBƏRDARLIQ