b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_268730.jpg

Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən şənbə və bazar günləri də daxil paytaxtın prospekt və küçələrində hərəkət qismən məhdudlaşdırılacaq.

“Azıravtoyol” ASC-dən Missiya.Az-a verilən məlumata görə, hərəkət Neftçilər prospekti – Nobel prospeti ilə kəsişməsində, Cəfər Xəndan küçəsi - Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası və Nəcəf Nərimanov küçəsində məhdudlaşacaq.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Qeyd edək ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır.

loading...


18 Fevral 2017 Masazır məktəbliləri Əliağa Vahidi anıb - FOTO
18 Fevral 2017 ABŞ səfiri Xocalıdan olan məcburi köçkünün qonağı olub FOTO
18 Fevral 2017 Türkiyədə peyğəmbəri təhqir edən jurnal bağlandı
17 Fevral 2017 Azərbaycanda bu müəllimlər işdən çıxarılacaq
17 Fevral 2017 Şahin Zəkizadə ilə vida mərasimi - FOTO
17 Fevral 2017 “Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçdi
17 Fevral 2017 Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda sürət həddi endirilib - RƏSMİ
16 Fevral 2017 Rejissor Şahin Zəkizadə vəfat etdi
16 Fevral 2017 Azərbaycanda güclü zəlzələ ola bilər
15 Fevral 2017 Tanınmış telejurnalistə ağır itki üz verib
15 Fevral 2017 Səməd Seyidova ağır itki
15 Fevral 2017 Bakı Metropolitenində 2 mühüm yenilik FOTO
14 Fevral 2017 Yumurta və un ucuzlaşır
14 Fevral 2017 Tibb kursunda oxumuş tələbə: "Diplomumun üzünə baxan yoxdur..."- VİDEO
14 Fevral 2017 Azərbaycanda bəzi avtomobillərin qiyməti qalxır - FOTO
13 Fevral 2017 Azərbaycanda qadınlar kişilərdən çoxdur - TARİXİ STATİSTİKA
13 Fevral 2017 Azərbaycanda nağdsız ödənişlər 33% artıb
13 Fevral 2017 Həcc ziyarəti ilə bağlı yenilik
13 Fevral 2017 “Moody's” Azərbaycanın suveren reytinqini dəyişmədi
11 Fevral 2017 Metro istifadəçilərinin diqqətinə - Xalqlar dostluğu stansiyası...