b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_1461175148_kols_y9cr7q.jpg
Azərbaycanda ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər.
 
Missiya.Az xəbər verir ki, "Maarifçi" Tələbə Kredit Fondundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil haqqı kreditləri istisna olmaqla, digər təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər də şamil oluna bilər.
 
Fonddan qeyd edilib ki, "Maarifçi" Tələbə Kredit Fondunun imkanları məhdud olduğundan və eyni zamanda bakalavrlar təhsil haqqı kreditinə daha çox ehtiyac duyduqlarından növbəti elan sessiyası zamanı bakalavr pilləsində təhsil alan tələbələr üçün kreditlərin ayrılması nəzərdə tutulur.
 
Fond tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırır:
 
"Amma hazırda təhsil haqqı kreditləri daha prioritet hesab olunur. Çünki tələbat əsasən bu istiqamət üzrədir. Təxmin edirik ki, bu təyinat üzrə tələbələrin ehtiyacları növbəti illərdə kifayət qədər ödəniləcək və Fond digər istiqamətlərdə də kreditlərin təqdim olunması planını həyata keçirməyə başlayacaq. Amma hələlik digər kredit növləri üzrə şərtlər məlum deyil”.
 
Xatırladaq ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verilir. Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.
 
Kredit almaq üçün Fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.
loading...
17 Yanvar 2017 Universitetlərin də vergi borcu silindi
17 Yanvar 2017 SOCAR-dan qazın bahalaşması ilə bağlı açıqlama
17 Yanvar 2017 "Şamaxinka"da nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
16 Yanvar 2017 Məktəblərdə 5 gün dərs olmayacaq
16 Yanvar 2017 Beynəlxalq Bankdakı son təyinatlar qanunsuzdur? - ARAŞDIRMA
16 Yanvar 2017 Yanvarın 20-də bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
16 Yanvar 2017 Tanınmış şair vəfat etdi - FOTO
14 Yanvar 2017 Azərbaycanda zəlzələ oldu
14 Yanvar 2017 Sərxoş sürücü, maşını polisin üstünə sürdü - Reyddə gərginlik - VİDEO
14 Yanvar 2017 Nazirlik "səssiz ölüm" təhlükəsinə qarşı xəbərdarlıq etdi
12 Yanvar 2017 Azərbaycanın futbol veteranı 44 yaşında vəfat etdi
12 Yanvar 2017 Səhiyyə Nazirliyi: H3N2 virusu təhlükəli ola bilər
11 Yanvar 2017 Xalça Muzeyində Zərgərlik sənəti ilə bağlı seminar keçiriləcək
11 Yanvar 2017 Sağlam yaşamaq istəyənlər bunu etsin - VİDEO
10 Yanvar 2017 Bakıda magistral qaz kəmərində partlayış baş verib
10 Yanvar 2017 Xalça Muzeyində "Keçə sənətinin tarixi" ilə bağlı mühazirə təşkil edilib - FOTO
10 Yanvar 2017 Dollar avro səviyyəsinədək bahalaşa bilər
10 Yanvar 2017 Ermənistanda hər ay 200 nəfər intihar edir
09 Yanvar 2017 Bəzi müəllimlərin maaşı 2 dəfə artırıldı
09 Yanvar 2017 Küçə itlərini soyuqdan belə qorudular FOTO