b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_56555666.jpg
"Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata münasibətiniz necədir" sualına millət vəili Qənirə Paşayeva özünün Facebook hesabnda münasibət bildirib.  

Missiya.Az 
xəbər verir ki, millət vəkili vurğulayb ki, bu əməli qətiyyətlə pisləyir və etiraz edir. 
 
Qeyd edək ki, 10 yanvarda Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunuan 28-ci beynəlxalq festivalı başlayıb. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan "Bakı yığması" iştirak edir. Bu festivalda eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən "Çörək və duz ilə" adlı komanda da iştirak edir. Dünən bizim komandamız Soçiyə layiqli çıxış etmək üçün yola düşmüşdür. Lakin ŞHK Beynəlxalq İttifaqın prezidenti Aleksandr Maslyakovun festivalda çıxış etmək üçün Qarabağdan olan komandanı dəvət etməsi ölkəmiz üçün gözlənilməz dönüş olub. İnformasiyanın təsdiqi üçün Sputnik Azərbaycan "AMİK" televiziya birliyinə müraciət edib, lakin burda bu informasiyanı şərh edə bilməyiblər.  Qeyd ediblər ki, əgər Qarabağdan olan komandanın adı iştirakçıların siyahısında varsa, o zaman bu komanda dəqiq iştirak edir. ŞHK rəsmi internet portalında qeyd edilən siyahıda komandanın adı qeyd edilib.
 
Qənirə Paşayeva qeyd edib ki, əgər bu informasiyalar doğrudursa təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır: "Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir. Əgər separatçı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi eitraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq. Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırırıq. Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına almış olur, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir. Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və separatçı rejimin təmsilm edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu yol verilməzdir".
 
AMİK şirketine etiraz etmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
 
"ТТО "АМИК
Телефоны: +7 (495) 966-34-35, amik@amik.ru
Концертный отдел:
Телефон: +7 (495) 644-61-91, +7 (495) 644-61-59. 
E-mail: kvnconcert@gmail.com.
loading...


25 Mart 2017 Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”
25 Mart 2017 Erməni terrorunun qurbanı olmuş Behbud Xan Cavanşir İstanbulda anılıb
24 Mart 2017 İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24 Mart 2017 Bakıdakı bir sıra səfirliklərdə bayraqlar endirilib
23 Mart 2017 Erməni general Azərbaycanı snayperlərlə hədələdi
22 Mart 2017 Londonu qana bulayan terrorçunun ilk görüntüləri - VİDEO
22 Mart 2017 Rusiya səfirliyinin əməkdaşları Lapşinlə görüşüb
21 Mart 2017 Suriya ordusu terrorçuların bir neçə güclü hücumunu dəf edib
21 Mart 2017 ABŞ dövlət katibi Rusiyaya səfər edəcək
20 Mart 2017 Sərkisyan Moskvaya Putindən bu xahişi etməyə getmişdi
19 Mart 2017 Trampın erməniləri qorxuya salan qərarı - ABŞ rəsmisindən açıqlama
18 Mart 2017 Ərdoğan Avropada türklərin sayını artırmağa çağırdı
18 Mart 2017 Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıldı
17 Mart 2017 Birinci vitse-prezident Mehriban Əliyeva sərgi açılışında iştirak edib
17 Mart 2017 Hökumətin hesabatı qəbul edildi - MİLLİ MƏCLİSDƏ
17 Mart 2017 Azərbaycanlı nazir 3,7 milyon dollara azadlığa çıxdı
17 Mart 2017 Olland və Merkel Ərdoğana qarşı birləşir - VİDEO
17 Mart 2017 ABŞ-ın dövlət katibi Ərdoğanla danışıqlara gedir
17 Mart 2017 Prezident İlham Əliyev Monteneqro prezidenti ilə görüşüb
16 Mart 2017 Əli Həsənov: "Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir"