b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_aliyevilham10.01.17.jpg

" Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb."

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu işğalçılara çox ciddi zərbələr endirib:

"2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır."

Aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu deyən ölkə başçısı, 2016-cı ilin münaqişənin həlli ilə bağlı çox önəmli il olduğunu vurğulayıb:

"Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik."

Bizim istəyimiz işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır deyən İlham Əliyev, Azərbaycanın bu məqsədinə doğru addımladığını bildirib.

"Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur."

loading...


27 Fevral 2017 “Münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik
26 Fevral 2017 Həmsədrlər tərəfləri meyitlərin götürülməsinə şərait yaratmağa çağırıblar
26 Fevral 2017 İlham Əliyev Qətərə gedib - FOTO
26 Fevral 2017 İlham Əliyev Ərdoğana zəng edib
26 Fevral 2017 Ərdoğanın müşaviri Sarkisyanı toyuqla müqayisə etdi
25 Fevral 2017 Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı xalqa töhfələr verəcək”
24 Fevral 2017 Oqtay Əsədov: “Biz artıq ağlaşma üzərində köklənməyəcəyik”
24 Fevral 2017 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldı
24 Fevral 2017 Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlandı
23 Fevral 2017 Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır
23 Fevral 2017 Zakir Həsənov yeni hərbi obyektlərin açılışında - FOTO
23 Fevral 2017 ABŞ konsulluğunun əməkdaşı PKK-çı çıxdı - VİDEO
23 Fevral 2017 İlham Əliyev türkiyəli naziri qəbul edib - FOTO
23 Fevral 2017 Qarabağda ölən erməni əsgərin FOTOSU
22 Fevral 2017 Rəsmi Ankara: Hər zaman Azərbaycanın yanındayıq
22 Fevral 2017 Eldar Sultanov: "Avropa parlamentinin deputatlarına qarşı cinayət işi açılıb"
22 Fevral 2017 Mehriban Əliyevanın deputat fəaliyyətinə nə vaxt xitam veriləcək? - AÇIQLAMA
22 Fevral 2017 Fəttah Heydərov: "Mehriban Əliyevanın təyinatı xalqımızın ürəyindəndir"
22 Fevral 2017 BMT-nin baş katibi Qarabağla bağlı çağırış etdi
22 Fevral 2017 Ermənilər yandırıcı güllələrlə Azərbaycan kəndində yanğın törətdi VİDEO