b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_oleqkuznes.jpg

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov özü məlumat verib.

O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək.

Qeyd edək ki, ermənilər terror aktını 1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin "İzmaylovskaya" və “Pervomayskaya” metro stansiyaları arasında vaqonda törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr" (indiki Nikolskaya) küçəsində yerləşən 5 saylı mağazada terror aktları həyata keçiriblər.

Daşnak Zatikyan, Stepanyan və Baqdasaryanın törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət sonra terror hadisəsini törədənlər SSRİ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Onların cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanılıb. 1979-cu ildə məhkəmə ermənilər barəsində ölüm hökmü çıxarıb və hər üçü güllələnib.

Uzun illər sonra terrorçu Zatikyanın məhkəmədə çıxışından bir neçə məqam ictimaiyyətə məlum olub. Zatikyan məhkəmə zamanı bu sözləri deyib: “Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!”.

 Petisiyanı “Change.org” saytındakı linkə daxil olaraq imzalamaq olar.

loading...
17 Yanvar 2017 Prezident İlham Əliyev “LafargeHolcim”in rəhbəri ilə görüşüb
17 Yanvar 2017 Azərbaycan jurnalistləri Lavrovu təxribata çəkdilər - VİDEO
17 Yanvar 2017 Saakaşvili böyük xəyanətdən danışdı
17 Yanvar 2017 Putinin təyyarəsi zədələndi - VİDEO+FOTO
16 Yanvar 2017 Prezident İlham Əliyev Davosda qəbulda iştirak edib
16 Yanvar 2017 General-leytenant: “Şəhidimizin qisası alındı”
16 Yanvar 2017 7 nazir istefaya göndərildi
16 Yanvar 2017 Azərbaycanlı diaspor rəhbəri İsveçdə parlament seçkilərinə qatılır - FOTO
15 Yanvar 2017 Konstitusiya dəyişikliyi müzakirələrinin ilk turu başa çatdı
15 Yanvar 2017 Merkel Trampa xəbərdarlıq edəcək
15 Yanvar 2017 Türkiyə referendum hazırlıqlarına başladı
14 Yanvar 2017 Ermənistan şəhid əsgərin meyitindən təzyiq vasitəsi kimi istifadə edir
13 Yanvar 2017 "III dünya müharibəsinin elementləri var" - Politoloq rəyi
13 Yanvar 2017 Putinin adamından Sarkisyanı əsəbləşdirəcək etiraf: "Vəziyyət ağırdır..."
13 Yanvar 2017 Türkiyə prezidentinin səlahiyyətləri artırılır
13 Yanvar 2017 Putinin təyin etdiyi nazir İrəvanı qarşıdırdı - Karapetyan və Sarkisyan üz-üzə
12 Yanvar 2017 Konstitusiya dəyişikliyinin 6-cı maddəsi qəbul edildi - Türkiyədə
12 Yanvar 2017 ATƏT-in fəaliyyətdə olan sədrindən yeni Qarabağ açıqlaması
12 Yanvar 2017 Qənirə Paşayeva: "Bu, Azərbaycana qarşı təxribatdır"
12 Yanvar 2017 ABŞ kürdlərin Suriya danışıqlarında tərəf olmasını istəyir