b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.jpg

Gəncədə müdhiş cinayət hadisəsi baş verib.

Missiya.Az-ın Gəncədəki mənbələrdən aldığı məlumata görə, şəhərdə uzun müddət valyuta mübadiləsilə məşğul olmuş şəxs bir neçə gün öncə ölkəni tərk edərək bəzi adamlara böyük bir şok yaşadıb. Belə ki, Sərdar adlı şəxs Şəhərin Heydər Əliyev Prospektində (Universamın yanında - Red) son aylar ərzində valyutadəyişmə məntəqəsi işlədib. Ölkədə banklardan kənar bu tip fəaliyyət növü ilə məşğul olmaq qadağan olsa da, “qəhrəmanımız” heç bir maneəyə rast gəlmədən dekabrın sonlarına qədər öz məntəqəsində valyuta mübadiləsi aparıb. Məlumat verən şəxslərin sözlərinə görə, şəhərdə yalnız haqqında bəhs etdiyimiz məntəqədə dollar almaq və satmaq mümkün olub. “Hətta banklarda belə dollar alış-verişi olmadığı halda, həmin məntəqədə insanlar çox rahat şəkildə dollarla əməliyyatlar apara bilirdilər. Açığı bu, hamı üçün bir qədər təəccüblü idi” – deyən mənbələrdən biri əlavə edib ki, gün ərzində həmin məntəqədə külli miqdarda dollar dövriyyə edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_201.jpg

Nəhayət dekabrın son günlərinin birində həmin məntəqə fəaliyyətini dayandırıb. Bir neçə gündən sonra isə məlum olub ki, məntəqənin sahibi külli miqdarda vəsaiti mənimsəyərək ölkəni tərk edib. Məlumata görə, söhbət təxminən 10 milyon manatdan gedir. Maraqlıdır ki, pullarla birgə yoxa çıxan adam bir qədər əvvəl ailə üzvlərini də ölkədən çıxarıb. Mənbələr bildirib ki, indi həmin “bacarıqlı oğlanı” çoxları axtarır və onların arasında şəhərin tanınmış simaları, iş adamları və hətta məmurlar da var. Belə ki, əldə etdiyimiz məlumata görə, hazırda bərk narahatlıq içində "qəhrəman" valyuta mübadiləçisini axtaran adamlar ona “qara bazar”da dövriyyəyə buraxmaq üçün böyük məbləğdə dollar və manat veriblər. Onların bəzilərinin kimliyi barədə məlumatımız olsa da, hələlik təfərrüata varmaq istəmirik.
Qeyd edək ki, mənimsənimiş vəsaitlərin müəəyən bir hissəsi də köçürmə əməliyyatlarına aid olub. 

Son məlumata görə, axtarışlar hələlik heç bir nəticə vermir. Külli miqdarda vəsaitlə birgə qeybə çəkilmiş “qəhrəmanı”nın yerini müəyyən etmək mümkün olmayıb. Maraqlıdır ki, axtarışlar qeyri-rəsmi şəkildə aparılır və baş vermiş hadisənin açıqlanmasına maraq göstərilmir. Bunun səbəbləri barədə ehtimallarımızı növbəti yazılarımızda təqdim edəcəyik. Hər halda haqqında bəhs olunan valyuta mübadiləsi məntəqəsinin heç bir maneəyə rast gəlmədən fəaliyyət göstərməsi çox maraqlıdır.

 
Murad
Missiya.Az

loading...
24 Yanvar 2017 Sürücünün yalvarış videosunu yayan polis barədə qərar - VİDEO
24 Yanvar 2017 Erməni kimi təqdim edilən xanım “Space”in əməkdaşı çıxdı - AÇIQLAMA
24 Yanvar 2017 "Bethoven kimdir?" sualına inanılmaz cavablar: "Bethoven itdir..." - VİDEO
24 Yanvar 2017 CİA erməni terror təşkilatını dəstəkləyən ölkənin adını açıqladı - 25 il sonra
24 Yanvar 2017 Məşhur modelyer Kardaşyanın bacısını yuxuya verib.... - FOTO
23 Yanvar 2017 Nazdan Əli barədə ŞOK qərar - "Sevgisi üçün vuruşmayan kişini..." - VİDEO
23 Yanvar 2017 Erməni qızla evlənən diaspora rəhbərinin dəbdəbəli villası - FOTOLAR
23 Yanvar 2017 Dövlət və özəl sektorda işləyənlərin maaşları artırılacaq - ŞAD XƏBƏR
23 Yanvar 2017 Azərbaycan diasporunun rəhbəri ermənilə evləndi - FOTO
23 Yanvar 2017 Trampın həyat yoldaşının andiçməyə geyindiyi libasın sirri - FOTO
23 Yanvar 2017 Məşhur aparıcı erotik VİDEOsunu yaydı
23 Yanvar 2017 Qarabağa silah göndərən erməni qumarbazla bağlı ŞOK faktlar - VİDEO
23 Yanvar 2017 Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - Azərbaycanda İXTİRA
23 Yanvar 2017 ABŞ-ın birinci xanımının çılpaq şəkilləri muzeydə - FOTO
23 Yanvar 2017 Azərbaycana gələn səyyahı Misirdə ağladan səbəb - FOTO
22 Yanvar 2017 İranın qadağan etdiyi "Instagram" fotoları: lüks həyat, çılpaq qızlar... - FOTO/VİDEO
21 Yanvar 2017 Təyyarədə siqaret və mobil telefon qadağasının QƏRİBƏ SƏBƏBİ
21 Yanvar 2017 Canlı yayımda evlilik təklifi edilən aparıcı Azərbaycana köçür - VİDEO
21 Yanvar 2017 ANS-in daha bir aparıcısı AZTV-də efirə çıxıb - FOTO
21 Yanvar 2017 Klinton ərini canlı yayımda xəyanət edərkən yaxaladı - Trampın qızı ilə - VİDEO