b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_67897657.jpg

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.

Missiya.Az
 xəbər verir ki, ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib.

Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.

"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.

D. Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşma nümayiş etdirib.

Qeyd edək ki, D. Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 mlrd. dollar artıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.

APA
loading...


25 Mart 2017 Buzovnalı babanın “Papito” rəqsi interneti “partlatdı” - VİDEO
25 Mart 2017 “Facebook”dan maraqlı yeni funksiya - FOTO
24 Mart 2017 Azərbaycan elmində yenilik: virtual laboratoriya yaradılır
23 Mart 2017 ŞOK planla həbsxanadan qaçan məhkumlar belə yaxalandı - VİDEO
23 Mart 2017 Qəssabdan bayramda nümunəvi addım - Əti digərlərindən ucuz satır - VİDEO
22 Mart 2017 16 yaşında hamilə qalan, “moyka”da maşın yuyan azərbaycanlı qız - FOTO
22 Mart 2017 Rus əsgərləri terrorçularla Novruz şənliyində - ŞOK FOTOLAR
22 Mart 2017 Rihanna çəkildiyi erotik səhnəni utanaraq izləyib - 18+ VİDEO
21 Mart 2017 Lavrov ad gününü belə qeyd edir - FOTO
21 Mart 2017 Aygün Kazımova ot təmizlədi: "Bunu mənə yoqa müəllimim tapşırıb" - VİDEO
21 Mart 2017 Əliyə elçi düşən azərbaycanlı qızın sirri - VİDEO
21 Mart 2017 Məşhur türk jurnalist dünyasını dəyişdi VIDEO
20 Mart 2017 Emin Ağalarov balaca Xoşqədəmi dəstəklədi - FOTO
20 Mart 2017 Azərbaycanlı nazir oğlunun keçmiş sevgilisindən qalmaqallı paylaşım - FOTO
20 Mart 2017 Ərdoğan əfsanəvi futbolçunun qoruduğu qapıya qol vurub - VİDEO
20 Mart 2017 Qız sevgilisini timsahlarla dolu çaya atıb - ŞOK SƏBƏB - FOTO
20 Mart 2017 Kardaşyan oğruların təcavüzü barədə: "Biri ayağımdan tutdu..." - ŞOK TƏFƏRRÜAT
20 Mart 2017 Ayaqları olmayan seksual modelin qazancı heyrətləndirir - FOTO
18 Mart 2017 Nazirin corabları onu biabır edib - VİDEO
18 Mart 2017 ŞOK: Bakıda gəlin anasını əri ilə yataqda tutdu - Anasını öldürdü - FOTO