Ardını oxu...
Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliyinə dair müzakirələr zamanı təxribat törədən erməni millət vəkili cəzalandırıldı.  

Missiya.Az xəbər verir ki, parlamentin iclas zalında çıxış edərək 1915-ci il hadisələri barədə "soyqırımı" sözünü işlədən Qaro Paylana 3 iclaslıq uzaqlaşdırılma cəzası verildi.  

Xatırladaq ki, TBMM-də konstitusiya dəyişikliyi təklifinin 11-ci maddəsi müzakirə edilərkən çıxış üçün söz istəyən Paylanın, 1915-ci il hadisələri barədə "soyqırımı" sözünü işlətməsi parlamentdə gərginliyə səbəb olmuşdu.

TBMM-nin vitse-spikeri Əhməd Aydın isə Paylanın sözünü kəsərək, "Bu millətin məclisidir. Burada milləti yaralayacaq ifadələr işlətmək olmaz" - demişdi.

Anadolu agentliyi 

loading...