b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_37.jpg
Son vaxtlar xaricdə ermənilərin nəzarəti altında olan media orqanlarının Azərbaycanla bağlı yaydığı dezinformasiyaların sayı kəskin şəkildə artıb. 

Missiya.Az xəbər verir ki, yalan informasiyalar əsasən Ermənistan dövləti, erməni diasporu və lobbisinin birbaşa tapşırığı və nəzarəti altında tirajlanır. Ermənistanda və xaricdə yaşayan ermənilər Azərbaycan barədə yalan informasiyaları «aprel müharibəsində» məğlub olduqdan sonra daha da artırıb. Demək olar ki, hər gün xarici mətbuatda erməni lobbisinin tapşırığı ilə ölkəmizlə bağlı yalan məlumatlar yazılır. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birinci müavini Murad Cəfərov Missiya.Az-a açıqlamasında belə hallarla dəfələrlə qarşılaşdığını deyib. 

«Bugünlərdə mətbuatda bir-birinə bağlılığı olmayan iki uydurma xəbərlə rastlaşdım. Bu xəbərlər ermənilər tərəfindən Rusiya və Ukrayna KİV-ləri vasitəsi ilə fəal yayımlanır. Bir az araşdırma apararaq özüm üçün nəticə çıxartdım ki, bu media resursları erməni diasporasına aiddir. Deməli, bu xəbərlərdən birində yazılmışdı ki, guya Suriyanın əsas dini müftisi bildirib ki, Qarabağ tarixən qədim erməni torpağıdır».

Murad Cəfərovun sözlərinə görə, xaricdə yaşayan ermənilərin nəzarəti altında fəaliyyət göstərən internet saytının yaydığı digər yalan xəbər isə SOCAR-la bağlı idi: 

«Xəbərdə qeyd edilirdi ki, guya SOCAR Ukraynada fəaliyyət göstərən yanacaq doldurma stansiyalarında öz işçilərinə müştərilərlə öz ana dillərində danışmağa icazə vermir». Diaspora rəsmisi hər iki xəbərdə ilk mənbənin və hər hansı istinadın olmadığını bildirib. «Sadəcə olmayan bir şeydən götürüb xəbər yaradıblar! Mən bir gün ərzində təsadüfən iki yalan xəbərlə rastlaşdım. Siz təsəvvür edin ki, onlar həftələr, aylar ərzində adi oxuculara nə qədər belə yalan informasiyalar yayırlar?!»

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_28.jpg
Murad Cəfərov - UABD-ın birinci müavini 

Belə məlumatların hər gün daha da artması bəzi suallar ortaya çıxarır. Xaricdə erməni lobbisi və diasporası ilə informasiya müharibəsi aparmaq üçün birbaşa məhsul olan qurumlar var və bu qurumların xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatlarına dəstək verməsi məqsədəuğyun olardı. Ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsində Azərbaycanın müvafiq qurumları üzərinə düşən vəzifələrini yerinə yetirə bilirmi? Erməni lobbisinin Azərbaycanla bağlı hər gün artan yalan məlumatları ilə münaqayisədə bunu heç də müsbət qiymətləndirmək olmaz. Hər kəsə məlumdur ki, ermənilər döyüş meydanında Azərbaycana qalib gələ bilmir. Amma Azərbaycan informasiya müharibəsində Ermənistan açıq şəkildə məğlub olur. Ermənilər həmişə Azərbaycan qarşı qərəzli müharibə aparıblar. Onlar bizdən aprel məğlubiyyətinin əvəzini hər nə yolla olur olsun çıxmağa çalışırlar. Bunu xaricdə Azərbaycanın imicini ləkələməklə etməyə can atırlar.

Azərbaycana qarşı aparılan informasiya müharibəsinə elə ermənilərin öz metodları ilə cavab vermək lazımdır. Erməni lobbisi və diasporası xarici ölkəsinin təbliğatını aparmaq və Azərbaycana qarşı yalan məlumatlar tirajlamaq üçün böyük media qurumları yaradıb. Onlar Rusiya, ABŞ, Ukrayna, Kanada və Avropa ölkələrində yaratdıqları saytlar, qəzetlər və digər informasiya təşkilatları vasitəsi ilə rahatlıqla Azərbaycanla bağlı yalan informasiyaları yaşadıqları ölkələrin ictimayyətinə çatdıra bilirlər. Yuxarıda qeyd edilən media orqanları birbaşa diaspora təşkilatlarının idarəçiliyinə verilib. Bundan başqa yaradılan media qurumlarına ölkəsinin təbliğatı üçün geniş meydan verilib. Erməni diasporalarına məxsus və onların nəzarəti altında olan media orqanları dünyanın müxtəlif ölkələrində Ermənistanla bağlı infromasiyaları asanlıqla yaya bilirlər. Bunun ilk baxışda kiçik bir iş kimi qəbul etmək olar. Amma zamanla xaricdə diasporaların əlində olan media gücünün nə qədər əhəmiyyətə malik olduğunu hiss etmək olur.

Həmin media orqanları vasitəsi ilə həm yalan informasiyalara qarşı mübarizə aparmaq, həm də ölkənin mədəniyyətinin, turizminin və digər sahələrinin təbliğatını həyata keçirmək olur. Amma çox təəssüf ki, Azərbaycan diasporalarının əlində belə bir imkan yoxdur. Ona görə də erməni lobbisi həm Qarabağla, həm də ümumilikdə Azərbaycanla bağlı yalan informasiyalar yaymağa davam edir.

Ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsi və bu konteksdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prezident İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Prezident ötən il iyunun 3-də keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində çıxışı zamanı Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması məsələsinə diqqət çəkərkən medianın bu sahədə oynayacağı rolu xüsusi qeyd edib. «Diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar. Biz bunu hələ ki, görmürük. O internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun»,-deyə prezident qurultayda bildirib.


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı

Bu məsələyə dövlət dəstəyi göz qabağındandır. Prezidentin bu məsələyə ciddi diqqət yetirməsi müvafiq orqanları hərəkətə keçirməlidir. Onlar xaricdəki Azərbaycan diasporalarının media orqanlarını təşkil etməlidirlər. Bu media orqanları vasitəsi ilə qondarma “erməni soyqırımı” iddialarının təbliğinin sıfıra endirilməsi və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı rejimin müstəqil dövlət kimi tanıdılması istiqamətində kampaniyaların qarşısının alınması üçün böyük imkanlar yaratmaq olar. Həmçinin bu media orqanları vasitəsi ilə xaricdə Azərbaycanla bağlı yazılan dezinformasiyalara diaspora təşkilatları rahatlıqla cavab verə və əks hücum təşkil edə bilər. Azərbaycan üçün informasiya müharibəsində qalib olmaq döyüş meydanında qalib olmaq qədər əhəmiyyətli olmalıdır. Azərbaycan ordusu ölkəmizi döyüş meydanında qalib etməyi bacarıb.

Amma ümumilikdə Azərbaycanın xarici ölkələrdəki bəzi diaspora təşkilatları meddia orqanlarının yaradılmasında maraqlı olduqlarını qeyd ediblər. Belə təkliflərdən biri də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov tərəfindən irəli sürülüb. Diaspora sədri 4-cü Ümumukrayna Azərbaycanlıları Forumunda diaspora təşkilatlarının media orqanlarının yaradılması barədə layihə və təkliflər hazırlandığını bildirmişdi. Artıq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən bu barədə ciddi addımlar atılır. UABD media resuslarının yaradılmasına yönündə işlərə start verib. Nə qədər ki, Azərbaycan diasporası bütün xarici nümayəndəliklərinin öz fəaliyyət göstərdikləri ölkələrdə şəxsi media resursları yaratmayacaq, həmişə Ermənistana informasiya müharibəsində onlara uduzacaq!

İdrak Camalbəyli
Elvin Məmmədov
Missiya.Az

loading...


26 Mart 2017 PKK bir gündə 52 kəşfiyyatçını öldürdü - Şok iddia
25 Mart 2017 Vasif Talıbovun tapşırığı ilə qəbristanlıqlarda iməcilik - FOTO
25 Mart 2017 Yoxa çıxan eşşəklərlə bağlı Bakı sakinləri nə düşünür? - VİDEO
25 Mart 2017 Terrorçulara aid hədəflər məhv edildi
24 Mart 2017 AP-dən təəccüblü Türkiyə qərarı: Gəlməyəcəklər
24 Mart 2017 Döyüş başlayır - Xəyal Əhmədov sabah rinqə çıxacaq
24 Mart 2017 Rusiyadan S-400 açıqlaması: Biz qorxmuruq!
23 Mart 2017 Xanım XİN rəhbərini çaşdıran səbəb FOTO
23 Mart 2017 Millət vəkili “Türk dünyası və Türk birliyi” adlı konfrans verib
23 Mart 2017 Xəzər dənizindən daha bir neftçinin meyiti tapıldı
22 Mart 2017 Ermənistanın gizlətdiyi müharibə itkiləri üzə çıxdı - FAKT
21 Mart 2017 Atatürkün başına zibil torbası keçirdilər FOTO
21 Mart 2017 Canlı yayımda efirə F16 və tanklar daxil olub - VİDEO
21 Mart 2017 Ərdoğan Azərbaycan dilində yazdı - FOTO+VİDEO
21 Mart 2017 Türkiyəli jurnalistlər cəbhə xəttində olublar - FOTO
21 Mart 2017 Novruz şənliyində insident - bir nəfər vuruldu - Türkiyədə - VİDEO
20 Mart 2017 Azərbaycanlılar erməni və gürcülərdən xoşbəxtdirlər - REYTİNQ
20 Mart 2017 Dənizdə naməlum kişi meyiti aşkarlanıb
19 Mart 2017 Azərbaycanlıların novruz şənliklərinə izn verilmədi
19 Mart 2017 Professor Əli Həsənovun əsərləri Mərakeş mətbuatında