b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_01010.jpeg

Cinayətin məhz FETÖ tərəfindən sifariş edilməsi sübuta yetirilərsə, bu işin ABŞ kəşfiyyatı ilə bağlılığı iddiası ortaya atılacaq. 

Ötən il dekabrın 19-da Ankarada bir sərgi salonunda öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı terror üzrə istintaq davam edir. Türkiyə mediası daha iki nəfərin şübhəli şəxs qismində həbs olunduğunu yazır.
 
Həbs olunanlardan biri polis əməkdaşıdır. Artıq onlar barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib və cəzaçəkmə müəssisəsinə göndəriliblər. Polislər terror təşkilatına üzvlükdə ittiham olunurlar. Xəbərlərdə qeyd olunur ki, şübhəli polis əməkdaşları Sercan Başar və Hasan T. ilə yanaşı kiçik sahibkar Enes Asım Silim, vəkil Serkan Ö., universitet müəllimi Əbdülqadir Ş. da saxlanılıb. Ancaq ilkin ifadələri alındıqdan sonra Əbdülqadir Ş. azad edilib. Məhkəmə Sercan Başar və Enes Asım Silimin FETÖ üzvü olmaq ittihamı ilə barələrində həbs qərarı çıxarılıb. 
 
İlkin araşdırmalara görə, polis əməkdaşı Sercan Başar polis məktəbində səfir Karlovun qatili Mevlüt Mert Altıntaşın “böyük qardaşı” olub. Bundan başqa, Altıntaşın ünvan olaraq göstərdiyi Ankaranın Demetevler rayonunda yerləşən ev də Sercan Başar tərəfindən kirayələnibmiş. 
 
Xatırladaq ki, səfir Karlov dekabrın 19-da Ankaranın mərkəzində təşkil olunan sərginin açılışı zamanı nitq söyləyərkən öldürülüb. Qatil Çevik Polis Qüvvələrinin əməkdaşı 22 yaşlı Mevlüt Mert Altıntaş olub. Türkiyə xüsusi xidmət orqanlarına görə qatil FETÖ üzvü olub və iki ölkə münasibətlərinə zərbə vurmaq üçün qətlə yetirilib. İstintaqçılara görə qatilin cinayət zamanı Hələb şüarı səsləndirməsi və radikal islamçı qruplaşma üzvlərinin jestlərini təkrarlaması iz azdırmaq məqsədi daşıyır. Sui-qəsdin istintaqını Türkiyə tərəfi aparır, eyni zamanda Rusiya tərəfi də gedişatla bağlı məlumatlandırılır. 

Ekspertlərə görə, bu qəsd Rusiyaya qarşı gizli kəşfiyyat savaşının bir epizodudur. İcraçının FETÖ və ya ən-Nusra üzvü (ikinci fikrə görə qatil bu qruplaşmanın üzvü olub - K.R) olması əsl məqsədə təsir etmir. Bu sui-qəsd Rusiyanın güclü dövlət imicini zədələmək, üstəlik, Rusiya ilə münasibətləri qaydaya salmağa çalışan rəsmi Ankaraya zərbə vurmaq məqsədi daşıyır. Rusların soyuqqanlı davranması, iki ölkə münasibətlərini zədəyələyəcək və ya qarşılıqlı ittihamlara səbəb olacaq ritorikaya yol verməməsi Moskvanın “daşın hardan atıldığını” bilməsi və ya ehtimal etməsi ilə bağlıdır. Ancaq qatilin hansı qruplaşma üzvü olması ilə bağlı həm Rusiya, həm də Türkiyədə birmənalı fikir yoxdur, hər iki qruplaşmanın adı səsləndirilir. 
Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov bir qədər əvvəl bildirib ki, istintaq hazırda bu qətli həyata keçirənin arxasında dayanan əsl sifarişçini tapmağa çalışır. “Kommersant” qəzetinə danışan Krasnov Rusiyada da səfirin öldürülməsi ilə bağlı cinayət işi açıldığını, türklərlə birlikdə istintaq apardıqlarını deyib. O deyib ki, indi əsas məsələ qatilin kimliyindən çox bu qətli sifariş edənlərdir: “Çünki cinayəti təşkil edən, planını quran və ilham qaynağı qatil qədər təhlükəlidir. Qatil Karlovun arxasında dayanırdı, bizim vəzifəmiz isə qatilin arxasında kimin dayandığını tapmaqdır”.
 
Cinayətin məhz FETÖ tərəfindən sifariş edilməsi sübuta yetirilərsə, bu işin ABŞ kəşfiyyatı ilə bağlılığı iddiası ortaya atılacaq. Çünki Türkiyə rəsmi dairələri də artıq FETÖ-nü ABŞ kəşfiyyatı ilə bağlı terror təşkilatı olaraq təqdim edir. Səfirə qarşı sui-qəsdin FETÖ ilə bağlılığının sübuta yetirilməsi bu hadisənin siyasi qalmaqala çevrilməsinə səbəb ola bilər. Bu səbəbdən də son zamanlar istintaq prosesi daha çox sakit qalmağa üstünlük verir. 
 
loading...
21 Yanvar 2017 Prezident sərəncam verdi - maaşlar artırıldı
21 Yanvar 2017 Trampın arvadı onu Mişellə pıçıldaşarkən tutdu - VİDEO
21 Yanvar 2017 Trampın prezidentliyi fəlakət adlandırıldı - qalmaqal
20 Yanvar 2017 AQD -nin Azərbaycan nümayəndəliyi şəhidlərimizi anıb - FOTO
20 Yanvar 2017 20 yanvar faciəsi ilə bağlı yeni film çəkilib - VİDEO
20 Yanvar 2017 Azərbaycan radio məkanında yenilik - FOTO/VIDEO
20 Yanvar 2017 İŞİD-dən daha bir vəhşilik:"Roma teatrı" yerlə bir oldu
20 Yanvar 2017 Dünyanı şoka salan 24 barmaqlı insanlar - evlənə bilmirlər - FOTO
20 Yanvar 2017 Donald Trampın inaqurasiya proqramı
20 Yanvar 2017 “20 Yanvar” metro stansiyası qərənfillərə büründü
19 Yanvar 2017 Əbu Bəkr əl Bağdadinin ən yaxın adamı öldürüldü
19 Yanvar 2017 İranda 17 mərtəbəli bina çökdü - çox sayda ölən var VİDEO
19 Yanvar 2017 Dili uzun uşağı görənlər ŞOK yaşadı +18 VİDEO
19 Yanvar 2017 Qazaxıstanda 20 yanvar şəhidlərinin anım mərasimi - FOTO
19 Yanvar 2017 Nazir DYP əməkdaşı “Beko Rəşad”ı işdən çıxardı
19 Yanvar 2017 Maşaripovun qətliam törətdiyi an - "Reina"nın içindən" - VİDEO
18 Yanvar 2017 Azərbaycan və Ukrayna prezidentləri arasında görüş - FOTO
18 Yanvar 2017 "Kədicik" ehtiraslı rəqs etdi - Adnan Oktar isə... - VİDEO
18 Yanvar 2017 Bakıda ictimai nəqliyyatda tərbiyəsizlik - VİDEO +16
18 Yanvar 2017 General Əliağa Hüseynovla bağlı ilginc SİYAHI