b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_02567777.jpg

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Missiya.Az dövlət başçısının saytına istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır.

Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmamışdır.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılmışdır.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Əziz dostlar!

Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram".

loading...
24 Yanvar 2017 Prezident işğaldan azad edilmiş kəndlə bağlı sərəncam imzaladı
24 Yanvar 2017 İlham Əliyevdən Çingizin nəşinin qaytarılması ilə bağlı tapşırıq
24 Yanvar 2017 Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
24 Yanvar 2017 2017-ci ildə əsas vəzifəmiz torpaqlarımızı işğaldan azad etməkdir
23 Yanvar 2017 Cəlilabadın icra başçısı aprel şəhidinin sığorta pulunu məniməsməkdə ittiham olunur - FOTO - ÖZƏL
23 Yanvar 2017 Tramp Qarabağ problemini həll edə bilər - Vaşinqton Tayms
23 Yanvar 2017 Prezident İlham Əliyev hərbi şəhərciyin açılışında
21 Yanvar 2017 İlham Əliyevdən üzr istədi - FOTO
20 Yanvar 2017 İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
19 Yanvar 2017 20 Yanvar faciəsindən 27 il ötür
19 Yanvar 2017 Əli Həsənov: “Heydər Əliyev sübut etdi ki, o, Azərbaycanda olmalı idi”
18 Yanvar 2017 Dəhşətli proqnoz reallaşır: Bakı su altında qalacaq, Xəzər dənizi... - VİDEO
18 Yanvar 2017 Prezident: “Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub”
18 Yanvar 2017 Kəndlərimiz snayperlərlə atəşə tutuldu
17 Yanvar 2017 Mədət Quliyev: “İlham Əliyev tapşırıq verib...”
17 Yanvar 2017 Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır
16 Yanvar 2017 Ötən ilin fəal deputatları müəyyən olundu - Mehriban Əliyeva birincidi
16 Yanvar 2017 Azərbaycan MN: Düşmən mövqelərinə cavab atəşi endirilib
15 Yanvar 2017 Azərbaycan ordusu yenə şəhid verdi
13 Yanvar 2017 Ermənistan sərhəddə təxribata əl atdı - FOTOLAR