b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_komite.jpg

“Azərbaycan Silahlı  Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir”.

Missiya.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət  Komissiyasından bildirilib.

 Məlumata görə, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır:

 “Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə  Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmir. Bununla belə tərəfimizdən aidiyyatı dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir.

 İctimaiyyətə əlavə məlumat veriləcək”.

 Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

loading...
24 Yanvar 2017 Mosvada Məmmədyarov Lavrovla görüşdü - FOTO
24 Yanvar 2017 Qənirə Paşayevadan AŞPA-da sərt çağırış
24 Yanvar 2017 Tramp 400-dən çox şirkətdən istefa verdi
24 Yanvar 2017 Məmmədyarov Lavrovla görüşə getdi - Moskvanın təşəbbüsü - RƏSMİ
24 Yanvar 2017 Merkeldən tarixi bəyanat - FOTO
24 Yanvar 2017 Qoşunların təmas xəttində bu gün monitorinq olacaq
23 Yanvar 2017 Astanada Suriya üzrə danışıqların ilk günü başa çatdı
23 Yanvar 2017 Aqramunt yenidən AŞPA sədri seçildi və...
23 Yanvar 2017 Erməni qadın Avstraliyada baş nazir seçildi
23 Yanvar 2017 Ərdoğan Afrika turnesinə çıxdı
22 Yanvar 2017 Tramp gəldi, dollar ucuzlaşdı, neft bahalaşdı
21 Yanvar 2017 Deputat: “Bütün bunlar onu sübut edir ki,..."
21 Yanvar 2017 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
21 Yanvar 2017 TBMM-də növbəti səsvermə uğurla başa çatdı
20 Yanvar 2017 Danışıqlarda Qarabağa yer yoxdur - ATƏT sədri erməniləri məyus etdi
20 Yanvar 2017 Belarus Lapşinin Azərbaycana ekstradisiyasına qərar verib
20 Yanvar 2017 Baş Prokurorluq: "Qorbaçov istintaqdan yayınıb"
19 Yanvar 2017 Ərdoğan: “Türkiyə müdafiədən hücum mövqeyinə keçib”
19 Yanvar 2017 "Qara qutu"lar artıq Moskvada
18 Yanvar 2017 Prezident İlham Əliyev Davosda Məsud Bərzani ilə görüşüb