b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_ilhamaliyev1.1.17.jpg

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə baş verən terror hadisəsinə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı ünvanlayıb.

Missiya.Az xəbər verir ki, Əziz Qardaşım - deyə başladığı başsağlığında prezident İlham Əliyev həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdiyini bəyan edib.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı bu xain əməldən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 yanvar 2017-ci il.

loading...


25 Fevral 2017 Xocalı soyqırımından 25 il ötür
24 Fevral 2017 Türkiyə XİN Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı
24 Fevral 2017 Azərbaycanda qəbul imtahanları pulsuz olacaq - SƏRƏNCAM
24 Fevral 2017 Azərbaycanda hərbi sirləri oğurlayan iki casus yaxalandı
24 Fevral 2017 İrəvanın “İsgəndər” nağılı bitir: Azərbaycan raket komplekslərini ala bilər
23 Fevral 2017 Prezident xarici ticarət əməliyyatları ilə bağlı fərman verdi
23 Fevral 2017 Cəbhədə vəziyyət gərginləşdi: Zakir Həsənov təcili ön xəttə getdi
22 Fevral 2017 Rusiya səfirliyi: "Lapşin heç nədən şikayət etmir"
22 Fevral 2017 Ermənistan Rusiyadan yeni silahlar almaq istəyir
22 Fevral 2017 Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
21 Fevral 2017 Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edildi
20 Fevral 2017 Azərbaycan XİN: "Sarkisyan erməni xalqına yeni müharibə vəd edir"
19 Fevral 2017 Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 29 il ötür
19 Fevral 2017 Azərbaycanla Ermənistan arasındakı münaqişə region üçün ən böyük təhlükədir
18 Fevral 2017 Prezident İlham Əliyev münaqişənin həlli üçün kəskin mövqe açıqladı
17 Fevral 2017 Azərbaycan əhalisinin sayı açıqlandı
17 Fevral 2017 İŞİD-lə Qarabağdakı erməni separatçıları arasında ŞOK ƏLAQƏ
16 Fevral 2017 Prezidentlə xanımı Almaniyaya getdi - FOTO
16 Fevral 2017 ABŞ və Rusiya hərbi liderlərinin Bakı görüşü başladı
16 Fevral 2017 ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir