b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_53456.jpg

Bu gün Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Missiya.Az xəbər verir ki, məhkəmə istintaqı yekunlaşdırılıb və prosesdə çıxış edən dövlət ittihamçısı Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 13-də davam edəcək. Beləliklə, sabah sabiq komandana hökm oxunacağı gözlənilir. Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

loading...


26 Fevral 2017 Bakı - Quba yolunda ağır qəza - sürücü öldü
26 Fevral 2017 İsraildə azərbaycanlı atəşə tutulub: Yaralanan var
26 Fevral 2017 Bakıda dəhşət: Göydən şifer parçaları tökülür - VİDEO
25 Fevral 2017 Yardımlı rayonunda məscid yanıb
24 Fevral 2017 Gəncədə iki bacını qətlə yetirən şəxs tutuldu
24 Fevral 2017 Saatlıda xəstə rentgen otağında ölüb
23 Fevral 2017 Bakıda qadın siqaret qiymətinə görə kişini bıçaqladı
23 Fevral 2017 İtlə intim münasibətə girən qadını 10 il həbs gözləyir
23 Fevral 2017 Azərbaycanda qar uçqunu - Ailənin 5 üzvü öldü
23 Fevral 2017 Azərbaycan diasporunun rəhbəri “qrant yemək”də ittiham edilərək tutulub
23 Fevral 2017 Gəncədə iki bacı dəm qazından boğularaq ölüb
23 Fevral 2017 Külli miqdarda aksiz markasız siqaretin ölkəyə keçirilməsinin qarşısı alınıb
22 Fevral 2017 "Neft Daşları"nda faciə: ölən var
22 Fevral 2017 Azərbaycan polisi əməliyyat keçirdi: Biznesmen ölümdən xilas olundu
22 Fevral 2017 Polis və ailəsini qətlə yetirən azərbaycanlılara hökm oxundu
22 Fevral 2017 Bakıda Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü - FOTO
22 Fevral 2017 Azərbaycanda ömürlük məhkum ölüb
22 Fevral 2017 Qubada 15 yaşlı qızını qətlə yetirən ata həbsxanada öldü
21 Fevral 2017 Göyçayda nişan qana boyandı: komaya düşən var
21 Fevral 2017 Bakıda dönərxana partlayıb: Xəsarət alanlar var